İmişlidə 5 otaqlı ev yandı

İmişlidə 5 otaqlı ev yandı
  08 Fevral 2021    Oxunub:2596
İmişli rayonunun Bəhrəmtəpə kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti