Ağdaşda ağır yol qəzası: Ölənlər var

 Ağdaşda ağır yol qəzası:  Ölənlər var
  07 Fevral 2021    Oxunub:2676
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Mercedes" markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti