İki nəfərdən silah götürüldü

İki nəfərdən silah götürüldü
  05 Fevral 2021    Oxunub:1981
Cəbrayıl RPŞ (Biləsuvar RPŞ) əməkdaşları qanunsuz silah saxlanılması ilə bağlı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Cəfərovun yaşadığı evə baxış zamanı oradan “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 27 ədəd patron aşkar edilərək götürülüb.

Samux Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Əməliyyat tədbiri nəticəsində Nəbiağalı qəsəbə sakini Ə.Qarayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti