Bakıda evdən 220 minlik oğurluq edilib

Bakıda evdən 220 minlik oğurluq edilib
  04 Fevral 2021    Oxunub:1754
Bakıda mənzildən böyük məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti