Zaqatala sakinlərindən silah götürüldü

Zaqatala sakinlərindən silah götürüldü
  04 Fevral 2021    Oxunub:1665
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Zaqatala   Silah  





Xəbər lenti