Bu xəstəliklərlə bağlı müraciətlərin sayı çoxalıb

 Bu xəstəliklərlə bağlı müraciətlərin sayı çoxalıb
  04 Fevral 2021    Oxunub:2737
“Ötən il qan dövranı, tənəffüs, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları, sidik-cinsiyyət və həzm sistemi xəstəlikləri üzrə müraciətlərin sayı çox olub”.
Azvision.az -ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən 2020-ci il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib.

“Müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib. Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib. Ən çox müraciət olunan şəhər və rayonların beşliyində Mingəçevir şəhəri, Xaçmaz, Ağdaş, Zaqatala və Yevlax rayonları olub”.

Azvision.az


Teqlər: Tibbi-Sığorta  





Xəbər lenti