Bakıda kran tıxaca səbəb oldu - FOTO

Bakıda kran tıxaca səbəb oldu -    FOTO
  03 Fevral 2021    Oxunub:2623
Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur. Kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi yolda tıxaca səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.

"Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq", - M.Ağayev qeyd edib.





Azvision.az


Teqlər: BNA   Yol   Tıxac   Kran  





Xəbər lenti