Beyləqanda evdə yanğın olub

Beyləqanda evdə yanğın olub
  02 Fevral 2021    Oxunub:2651
Beyləqan şəhərində Akif Cavadzadə küçəsində ümumi sahəsi 192 kvadratmetr olan ikimərtəbəli fərdi evdə yanğın baş verib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib. Görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Beyləqan   Yanğın   FHN  





Xəbər lenti