Yasamalda oğurluq edən şəxs tutuldu

Yasamalda oğurluq edən şəxs tutuldu
  02 Fevral 2021    Oxunub:2490
Yasamal rayonunda silsilə oğurluqlar edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisində beş avtomobildən ümumilikdə 670 manat məbləğində pul, mobil telefon, maqnitofon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Yasamal   Oğurluq   DİN  





Xəbər lenti