Sabirabadda maşın yanıb, 2 nəfər xəsarət alıb

Sabirabadda maşın yanıb, 2 nəfər xəsarət alıb
  02 Fevral 2021    Oxunub:2118
Sabirabad rayonunun Moranlı kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı yanıq xəsarətləri almış 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Sabirabad   VAZ   Yanğın  





Xəbər lenti