Keçmiş məhkumdan 6kq-dan çox narkotik götürüldü

Keçmiş məhkumdan 6kq-dan çox narkotik götürüldü
  02 Fevral 2021    Oxunub:1737
Bakı sakinləri Biləsuvarda narkotiklə tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mənsimovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 292 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

E.Mənsimov və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb.

Azvision.az


Teqlər: Biləsuvar   Narkotik  





Xəbər lenti