Ötən il fövqəladə hadisələrdə 87 nəfər ölüb

 Ötən il fövqəladə hadisələrdə 87 nəfər ölüb
  02 Fevral 2021    Oxunub:2902
2020-ci il ərzində respublika ərazisində 14780 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 1791 hadisə və ya 11% azdır.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 87 nəfər ölüb, 278 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 41 nəfər xilas edilib, 514 nəfər təxliyə olunub.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti