Aeroport yolunda “Jiquli” “Land Cruiser”lə toqquşdu - FOTO

Aeroport yolunda “Jiquli” “Land Cruiser”lə toqquşdu -    FOTO
  01 Fevral 2021    Oxunub:3867
Bu gün axşam saatlarında Bakıda hava limanı yolunda qəza olub.
Azvision.az -ın məlumatına görə, Buzovna istiqamətində hərəkətdə olan “VAZ-2101” markalı avtomobil “Toyota Land Cruiser”lə toqquşub.

Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəzanın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.





Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Qəza   Yol   Maşın  





Xəbər lenti