AQTA monitorinqləri davam etdirir

AQTA monitorinqləri davam etdirir
  30 Yanvar 2021    Oxunub:2543
Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 22-dən 28-dək ölkə ərazisində fəaliyyət göstərən 359 ərzaq satışı obyektində monitorinqlər aparılıb.

Monitorinq keçirilən 299 ərzaq satışı müəssisəsində ümumilikdə 483 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Azvision.az


Teqlər: AQTA   Monitorinq  





Xəbər lenti