Bakıda evdən pul və qızıl oğurlanıb

Bakıda evdən pul və qızıl oğurlanıb
  30 Yanvar 2021    Oxunub:2107
Bakıda mənzildən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2300 manat pul və 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E. Tağızadə saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Ev   Oğurluq   Pul   Qızıl  





Xəbər lenti