163 uşaq övladlığa götürülüb, ikisi əcnəbilərə verilib

163 uşaq övladlığa götürülüb,  ikisi əcnəbilərə verilib
  30 Yanvar 2021    Oxunub:2951
2020-ci ilin birinci yarısında 163 uşaq övladlığa götürülüb. Bunlardan 2 nəfəri əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilib.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, övladlığa verilənlərdən 86 nəfəri qız uşaqları olub. Ötən ilin 6 ayında övladlığa verilən uşaqlardan 38 nəfəri 1 yaşa qədər olan (20 nəfəri qızdır), 64 nəfəri 1-5 yaşda olan (37 nəfəri qızdır), 30 nəfəri 6-10 yaşda olan (13 nəfəri qızdır) uşaqlardır.

11-17 yaş arasında övladlığa verilən uşaqların sayı 31 nəfər olub ki, onlardan 16 nəfəri qız uşaqlarıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Övladlıq  





Xəbər lenti