Yağışa görə sürət həddi endirildi

   Yağışa görə sürət həddi endirildi
  30 Yanvar 2021    Oxunub:2478
Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti