Dünən 8 yanğın olub, 1 nəfər intihara cəhd edib

Dünən 8 yanğın olub, 1 nəfər intihara cəhd edib
  30 Yanvar 2021    Oxunub:2606
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 8 diqqətəlayiq yanğın, 4 digər hallarda köməksiz vəziyyətdə qalma (bağlı qapı, lift və s.) və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər köməksiz vəziyyətdə qalan və 1 nəfər intihara cəhd edən şəxs xilas olunub.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Yanğın  





Xəbər lenti