Bakıda birmərtəbəli tikili yanıb

Bakıda birmərtəbəli tikili yanıb
  30 Yanvar 2021    Oxunub:1961
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 120 m² olan plastik üzlükdən ibarət birmərtəbəli tikilinin (fəhlələrin geyinib-soyunması üçün istifadə olunur) yanar konstruksiyaları və xarici divarından keçən elektrik kabeli 5 p.m yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb. Yaxınlıqdakı tikililər və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti