Daha 399 nəfər koronavirusdan sağaldı

 Daha 399 nəfər koronavirusdan sağaldı
  29 Yanvar 2021    Oxunub:3621
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 399 nəfər müalicə olunaraq sağalıb, 142 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 229 min 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 222 min 553 nəfər müalicə olunaraq sağalıb, 3119 nəfər vəfat edib. Aktiv xəstə sayı 4263 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 394 min 476 test aparılıb. Bugünkü test sayı isə 7342-dir.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti