Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
  29 Yanvar 2021    Oxunub:1073
Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 28-də ölkə ərazisində evini tərk edən 1 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb.

Bakının Sabunçu rayonu ərazisində aşkarlanan həmin şəxs polis əməkdaşlarının müşaiyəti ilə evə qaytarılıb və barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Koronavirus   Cinayət-işi  





Xəbər lenti