Rusiyada virusdan ölənlərin sayı 72 mini ötüb

Rusiyada virusdan ölənlərin sayı 72 mini ötüb
  29 Yanvar 2021    Oxunub:1727
Rusiyada son sutka ərzində koronavirusa 19 238 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 813 048 nəfərə çatıb.

Rusiyada bir gündə 534 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 72 185 nəfərdir. İndiyədək 3 255 462 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti