AzTU-nın professoru vəfat edib - FOTO

AzTU-nın professoru vəfat edib -    FOTO
  29 Yanvar 2021    Oxunub:2758
Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru, Prezident təqaüdçüsü, Radiotexnika kafedrasının məsləhətçi professoru Ulduz Kəngərli 97 yaşında vəfat edib.
Universitetdən Azvision.az -a verilən məlumata görə, Ulduz Kəngərli 1961- 2005-cı illərdə Radiotexnika kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 218 elmi məqalənin, 12 müəlliflik şəhadətnaməsinin, 14 dərslik və dərs vəsaitinin, 8 metodiki göstərişin müəllifi olub.

AzTU-nun rəhbərliyi və kollektivi Ulduz Kəngərlinin vəfatından kədərlənir, ailəsinə səbr diləyir. Allah rəhmət eləsin!



Azvision.az


Teqlər: AzTu   Professor  





Xəbər lenti