Məktəbdən 3 min manatlıq proyektor oğurlanıb

Məktəbdən 3 min manatlıq proyektor oğurlanıb
  29 Yanvar 2021    Oxunub:1777
Nizami rayonunda məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 25-də rayon ərazisindəki orta məktəblərin birindən 3310 manat dəyərində 3 proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov rayon polis idarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar təhqiqat aparılır.

Azvision.az


Teqlər: Məktəb   Oğurluq  





Xəbər lenti