Ötən il 500-dən çox işəgötürən məsuliyyətə cəlb edilib

Ötən il 500-dən çox işəgötürən məsuliyyətə cəlb edilib
  29 Yanvar 2021    Oxunub:1711
Dövlət Əmək Müfəttişliyi qeyri-formal məşğulluğun qarşısını almaq üçün silsilə tədbirlər həyata keçirir.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə 500-dən çox işəgötürən bununla bağlı məsuliyyətə cəlb edilib:

“Onu da qeyd etmək lazımdır ki, belə hallar son illər kifayət qədər azalıb. Bu istiqamətdə mütəmai işlər görülür. İşğaldan azad olunmuş ərazilərin bərpası, orada ictimai işlərin təşkili, abadlıq işlərinin həyata keçirilməsi üçün də Tədbirlər Planımızda ayrıca bir maddə nəzərdə tutmuşuq".

M.Abbasbəyli bildirib ki, rəqəmsallaşma sahəsində qeyri-formal məşğulluqla bağlı xüsusi bir informasiya ehtiyatı yaradılır.

"Qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı imkan verəcək ki, istənilən işəgötürəndə istənilən qeyri-formal kütləni ortaya çıxarıb, bu sahədə problemi asanlıqla həll edə bilək".

Azvision.az




Teqlər: Məşğulluq   Agentlik  





Xəbər lenti