Ermənistanda yüksək vəzifəli məmur həbs edildi

Ermənistanda yüksək vəzifəli məmur həbs edildi
  29 Yanvar 2021    Oxunub:2214
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ölkənin İqtisadiyyat Nazirliyinin Lisenziyalaşdırma və İcazələr agentliyinin rəhbərini saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxs sentyabrın 6-da külli miqdarda rüşvət müqabilində şirkətlərdən birinin gömrük bəyannaməsini saxtalaşdırmasına yol verib.

Məlumata görə, BƏƏ-dən Ermənistana cilalanmış almaz idxal edən şirkətin gömrük bəyannaməsində məhsulun gömrük dəyəri 148 535 ABŞ dolları göstərilib. Lakin mütəxəssislər bu almazların bazar dəyərinin 811 min dollar olduğunu, saxtalaşdırma nəticəsində büdcədən külli miqdarda vergi ödənişinin yayındırılmasını təsbit ediblər.

Faktla əlaqədar daha 10 nəfər MTX-nın təhqiqat departamentinə aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti