“Məcburi köçkünlər güzəştli kateqoriyada qalırlar” - RƏSMİ

 “Məcburi köçkünlər güzəştli kateqoriyada qalırlar” -  RƏSMİ
  29 Yanvar 2021    Oxunub:2988
Məcburi köçkünlər hələlik güzəştli kateqoriyada qalırlar.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, məcburi köçkünlərin statusunun ləğv edilməsi ilə bağlı qərar Nazirlər Kabineti tərəfindən verilir.

M.Abbasbəyli, həmçinin qeyd edib ki, bütün məcburi köçkünlər işğaldan azad edilən torpaqlara qayıtdıqdan sonra bu məsələyə baxıla bilər.

Azvision.az


Teqlər: Məcburi-köçkün   Güzəşt  





Xəbər lenti