“20 mindən artıq vakansiya mövcuddur” - Agentlik sədri

“20 mindən artıq vakansiya mövcuddur” -    Agentlik sədri
  29 Yanvar 2021    Oxunub:2192
Biz vakansiya bankı tətbiq etdik və vakansiya bankında 2020-ci il ərzində 190 mindən artıq vakansiya formalaşdı.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Agentlik sədri bildirib ki, hazırda vakansiya bankında 20 mindən artıq vakansiya mövcuddur və bu, dəyişən rəqəmdir:

“Eyni zamanda biz fərdi məşğulluq proqramlarının elektron tərtibatına başladıq və bu prosesin davamı olaraq bir çox əlavə rəqəmsal layihələrə start verdik. Bunların içərisində əmək və məşğulluq alt sistemi daxildir”.

Azvision.az



Teqlər: Vakansiya   İş  





Xəbər lenti