Sosial kartlar ləğv olunacaq

   Sosial kartlar ləğv olunacaq
  29 Yanvar 2021    Oxunub:2398
Azərbaycanda sosial kartlar ləğv olunacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilib.

"Agentliyin elektron sistemlərində də müvafiq uyğunlaşdırmalar artıq təmin olunub və bu prosesə tam hazırıq. Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni, sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq”.

Azvision.az


Teqlər: Sosial   Kart   Ləğv  





Xəbər lenti