Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  29 Yanvar 2021    Oxunub:1979
Abşeronda yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 28-də saat 21 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini M.Əlimirzəyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini E.Nəzərovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Abşeron   Piyada   Qəza  





Xəbər lenti