Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  29 Yanvar 2021    Oxunub:1968
Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumatına görə, yanvarın 28-də saat 19 radələrində Beyləqan rayonunun Bolsulu qəsəbəsi ərazisində Göyçay rayon sakini N.İsmayıllı idarə etdiyi “VAZ-21011” markalı avtomobili yol ayırıcısına vurub və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Beyləqan   Qəza   Yol  





Xəbər lenti