Gəncədə yanğın - 10 nəfər təxliyə edildi

Gəncədə yanğın -    10 nəfər təxliyə edildi
  29 Yanvar 2021    Oxunub:1719
Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzildə ev əşyaları 8 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Gəncə   Yanğın   FHN  





Xəbər lenti