Daşkəsəndə karantini pozan yeməkxana aşkarlandı

Daşkəsəndə karantini pozan yeməkxana aşkarlandı
  29 Yanvar 2021    Oxunub:1363
Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində Şahbaz Hüseynova məxsus yeməkxananın gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, obyekt sahibi və müştəriləri Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: DİN   karantin  





Xəbər lenti