Sürüşmə nəticəsində iki evə ziyan dəyib - VİDEO

 Sürüşmə nəticəsində iki evə ziyan dəyib -    VİDEO
  29 Yanvar 2021    Oxunub:2907
Bakının Badamdar qəsəbəsində baş vermiş torpaq sürüşməsi nəticəsində bir ictimai iaşə obyektinə və iki fərdi yaşayış evinə ziyan dəyib.
Azvision.az xəbər verir ki, həmin evlərdə yaşayan sakinlər təxliyə edilib.

Sürüşmə zamanı “Mersedes” markalı avtomobil torpaq uçqunu altında qalıb. Xəsarət alan olmayıb.

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.



Azvision.az


Teqlər: Badamdar   Sürüşmə  





Xəbər lenti