Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı açıqlama - YENİLƏNİB

Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı açıqlama -  YENİLƏNİB
  29 Yanvar 2021    Oxunub:4218
Yanvarın 28-də saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib.

Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.

Əlavə məlumat veriləcək.



***
(22:00)
Bakının Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi olub.

Azvision.az -ın məlumatına görə, hadisə nəticəsində yaxınlıqda yerləşən obyektə ziyan dəyib.

Dövlət qurumlarının əməkdaşları hadisə yerinə gəlib.

Qeyd edək ki, bundan əvvəl də Badamdarda sürüşmə halları müşahidə edilib.

Azvision.az


Teqlər: Badamdar  





Xəbər lenti