Lənkəran və Ağstafada ev yandı

Lənkəran və Ağstafada ev yandı
  29 Yanvar 2021    Oxunub:2481
Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 92 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Ağstafa rayonunun Həsənsu kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 140 m² olan kürsülü birmərtəbəli evin 1 otağının taxtadan ibarət arakəsməsi və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Ev  





Xəbər lenti