Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cabbarov qeyd edilən avtomobili idarə edərkən DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun sərxoş vəziyyətdə olması müəyyən edilmiş və avtomobil duracağa yerləşdirilmişdir.
Araşdırma aparılır.
Azvision.az