Sabirabad sakinindən 3 kq narkotik götürülüb

Sabirabad sakinindən 3 kq narkotik götürülüb
  28 Yanvar 2021    Oxunub:1942
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qalaqayın kənd sakini Qasım Orucovun yeri müəyyən edilərək Polis Şöbəsinə gətirilib.

Davam etdirilən tədbirlərlə Q.Orucovun həmin kənd ərazisində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidə karton qutularda gizlətdiyi 3 kiloqramdan artıq qurudulmuş marixuanada aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Azvision.az


Teqlər: Sabirabad   Narkotik  





Xəbər lenti