Xəbərdarlıq: Güclü külək əsəcək

      Xəbərdarlıq:  Güclü külək əsəcək
  27 Yanvar 2021    Oxunub:3979
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Xidmətdən Azvision.az -a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşamdan 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 20-25 m/s-dək güclənəcəyi, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Azvision.az


Teqlər: Külək   Hava  





Xəbər lenti