Naxçıvanda 86 yaşayış məntəqəsində səyyar xidmət göstərilib

  27 Yanvar 2021    Oxunub : 1902
Naxçıvanda 86 yaşayış məntəqəsində səyyar xidmət göstərilib
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti 2020-ci il ərzində muxtar respublikanın kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmətlərin göstərilməsini mütəşəkkil qaydada davam etdirib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, ötən il muxtar respublikanın, ümumilikdə, 86 yaşayış məntəqəsində səyyar xidmət göstərilib, 473 müraciətə baxılıb.

Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsi, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi, daşınmaz əmlakın texniki pasportunun və torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, ailə təsərrüfatlarına məxsus daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması üçün sənədlərin qəbulu aparılıb.

Vətəndaşlara mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması, qeydiyyat üçün tələb olunan sənədlərdəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı hüquqi yardım da göstərilib.

Azvision.az

Teqlər: Naxçıvan   Səyyar   Xidmət