Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri C.Babayevdən, T.Məcidov, F.Muradov və R.Ələkbərovda müvafiq sənədləri olmayan 4 ədəd nömrəsi silinmiş “İJ” və “TOZ” markalı ov tüfəngləri aşkarlanıb.
Həmçinin, Şəmkir rayon Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Əliyevdən “İJ” markalı ov tüfəngi götürülüb.