Ceyhun Bayramov Fransanın dövlət katibi ilə görüşdü

  27 Yanvar 2021    Oxunub : 1141
Ceyhun Bayramov Fransanın dövlət katibi ilə görüşdü
Yanvarın 26-da Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmsöhbətinə bölgədə sülh quruculuğu və yeni əməkdaşlıq imkanlarına dair Azərbaycan tərəfinin baxışları barədə məlumat verib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Azvision.az

Teqlər: XİN