Almaniyada 40 min avroluq maska oğurlandı

Almaniyada 40 min avroluq maska oğurlandı
  27 Yanvar 2021    Oxunub:1524
Almaniyanın Güterslo şəhərində dəyəri 40 min avro olan on konteyner maska oğurlanıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, oğrular anbara girərək on konteyner tibbi maskanı oradan çıxarıblar.

Qeyd edək ki, Almaniyada yanvar ayından etibarən mağazalarda və ictimai nəqliyyatda FFP2, FFP3 və КN95/N95 maskalarının taxılması məcburi elan edilib. Evdə hazırlanan maskalardan istifadə qadağandır. Bildirilir ki, kustar üsulla hazırlanan maskalar koronavirusdan etibarlı şəkildə qorumur.

Azvision.az


Teqlər: Almaniya   Maska  





Xəbər lenti