Fərman İsmayılovun nəşi Türkiyəyə yola salınır - FOTO
Məlumata görə, cənazə bu gün axşam "Türk Hava Yolları"nın təyyarəsi ilə Türkiyəyə yola salınacaq.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis öldürülüb.
Pərvanə Sultanova
Azvision.az