“Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” - Erməni nazir

  26 Yanvar 2021    Oxunub : 3859
“Göyçə gölünün əsas su mənbələri Azərbaycanın nəzarətindədir” -  Erməni nazir
Sevan gölünün (Göyçə gölü- red) əsas su təchizatı mənbələri Azərbaycanın nəzarətindədir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın ətraf mühit naziri Romanos Petrosyan jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Göyçə gölünü qidalandıran iki əsas mənbə – Vorotan (Bazarçay - red) və Arpa çayları müharibədən sonra Azərbaycanın nəzarətinə keçən Kəlbəcər ərazisində yerləşir.

Erməni nazir qeyd edib ki, Bazarçay və Arpa çayları da eyni zamanda Kəlbəcərdə yerləşən mənbələrdən qidalanır.

Petrosyan bildirib ki, bu vəziyyətlə əlaqəli bütün siqnallar araşdırılıb, müvafiq müraciət müdafiə nazirliyinə və baş nazirin aparatına göndərilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Göyçəgölü