Erməni spikerə “agent” ittihamı

  26 Yanvar 2021    Oxunub : 2337
 Erməni spikerə “agent” ittihamı
Ermənistanın “VETO" ictimai-siyasi hərəkatının üzvləri "Omeqa" işarəsini parlamentin qapısına asıblar.
Azvision.az xəbər verir ki, etirazçılar parlamentin sədri Ararat Mirzoyanın “Omeqa” adı ilə agentlik etdiyini deyiblər.

"Ararat Mirzoyan ikili agentdir, üstəlik düşmən ölkənin “Omeqa” ləqəbli agentidir", - deyə aksiyaçılar bildiriblər.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Mirzoyanın 2007-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən işə götürüldüyünü və Türkiyə xüsusi xidmət orqanlarının agenti olduğunu iddia edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Omeqa   Ermənistan   Spiker