Marseldə erməni mədəniyyət mərkəzində silahlı insident olub

  26 Yanvar 2021    Oxunub : 1584
Marseldə erməni mədəniyyət mərkəzində silahlı insident olub
Fransada ermənilərin daha çox yaşadığı Marsel şəhərində silahlı insident baş verib.
Azvision.az xəbər verir ki, naməlum şəxs ermənilərin mədəniyyət mərkəzinə gələrək binaya atəş açıb.

Məlumata görə, insident nəticəsində binanın ikinci mərtəbəsinə ziyan dəyib. Həmin yerdə fortepiano dərslərinin keçirildiyi deyilir. Həmçinin bildirilib ki, atışma zamanı ölüm halı baş verməyib.

Qeyd edək ki, sözügedən bina ermənilərin məşhur simvolik mədəniyyət mərkəzlərindən biri sayılır və hər həftə ora 250 uşaq baş çəkir.

Tural Tağıyev
Azvision.az

Teqlər: İnsident   Atışma