Ərdoğan türk hərbçilərin Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

Ərdoğan türk hərbçilərin Azərbaycandakı fəaliyyətini müzakirə edəcək
  26 Yanvar 2021    Oxunub:2625
Yanvarın 28-də Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçiriləcək.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verirki, bu il ilk dəfə keçiriləcək iclasda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərin Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti müzakirə ediləcək.
Türkiyə ilə Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizləri ilə bağlı aparılan kəşfiyyat danışıqları, terror ünsürlərinə qarşı mübarizə, digər regional və milli təhlükəsizlik məsələləri iclasın gündəliyinə daxil edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Hərbçi  





Xəbər lenti