“Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiqlənib” - Dövlət Baxçalı

“Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiqlənib” -  Dövlət Baxçalı
  26 Yanvar 2021    Oxunub:7824
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı razılığı ilə Şuşada məktəb tikintisi ilə bağlı layihəmiz təsdiq olunub”.

Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup iclasında çıxışı zamanı deyib.
O, hər iki dövlət başçısına təşəkkür edib. Bildirib ki, məktəbin tikintisi başa çatan kimi dərhal Azərbaycan Respublikasına təhvil veriləcək.

MHP lideri qarşıdakı günlərdə məktəbin təməlqoyma mərasiminin keçirilməsinin planlaşdırıldığını əlavə edib. O, məktəb layihəsinin ilkin variantını da nümayiş etdirib.

Xatırladaq ki, bir müddət əvvəl MHP sədri Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən Üzeyir Hacıbəyovun adını daşıyan məktəbin tikilməsini təklif etmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şuşa   MHP  





Xəbər lenti