Ermənistan məhv edilmiş daha 65 hərbçinin adını açıqladı

 Ermənistan məhv edilmiş daha 65 hərbçinin adını açıqladı
  26 Yanvar 2021    Oxunub:1941
Ermənistan tərəfi ikinci Qarabağ müharibəsində məhv edilmiş daha 65 hərbçisinin adını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “aysor.am” saytı məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl səhiyyə naziri Anait Avanesyan Dağlıq Qarabağdakı müharibə zamanı ölən 3450 hərbçinin meyitlərinin və qalıqlarının məhkəmə tibbi ekspertizasına təhvil verildiyini, onların şəxsiyyətini müəyyənləşdirmək üçün hər gün 30 cəsədin müayinə olunduğunu deyib.

Lakin Ermənistanın itkilərinin göstərilən rəqəmlərdən çox olduğu heç kimə sirr deyil. Erməni ekspertlər müharibə zamanı 5-6 min, bəzən isə 7 min itkinin olduğunu bildirirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   Hərbi  





Xəbər lenti